Şabranda Cüdo Təlim Mərkəzi fəaliyyətə başlayıb
16 oktyabr 2025 - 15:48 22

Şabranda Cüdo Təlim Mərkəzi fəaliyyətə başlayıb.
Azərbaycan Cüdo Federasiyasından (ACF) verilən məlumata görə, mərkəzin açılışında gənclər və idman naziri Fərid Qayıbov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu və digər rəsmilər iştirak ediblər.
İdman obyektinin fiziki hazırlıq zonasında cüdoçuların fiziki inkişafının təmin edilməsi üçün idman avadanlıqları yer alıb. Tataminin ümumi ölçüsü 200 kv.m sahəni əhatə edir. Bundan başqa, məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Zalda 200-dən çox idmançı cüdo ilə məşğul olacaq.
Qeyd edək ki, ACF 2022-2025-ci illərdə Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli və Zaqatalanın Mosul kəndində cüdo zalları açılıb. Növbəti cüdo zallarının isə Masallı, Cəlilabad, Qobustan və Siyəzəndə istifadəyə verilməsi planlanır. Bakı və regionlardakı 158 idman zalına ACF tərəfindən 2022-ci ildən etibarən 11704 tatami verilib və 2430 gənc idmançıya pulsuz məşq etmək imkanı yaradılıb.
Bənzər xəbərlər

Azərkosmos və AMADA-nın tərəfdaşlığı əsasında təlim keçirilib
Ümumdünya Kosmos Həftəsi 2025 çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) ... Ətraflı

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunub
Xorvatiyanın Zadar şəhərində Avropa Stolüstü Tennis Birliyinin (ASTB) növbəti konqresi ... Ətraflı