RF-nin Yakutsk şəhərində “Asiya uşaqları” Oyunlarının təntənəli açılış mərasimi olub
27 iyun 2024 1000
Rusiya Federasiyasının Yakutsk şəhərində “Asiya uşaqları” beynəlxalq idman Oyunlarının təntənəli açılış mərasimi olub.
Mərasim şəhərin “Tuymaada” stadionunda keçirilib.
Üç saat davam edən proqramda nümayəndə heyətlərinin və iştirakçı ölkələrin bayraqlarının paradı, vokal və xoreoqrafik çıxışlar, eləcə də Yakutiyanın tanınmış incəsənət ustalarının konserti olub.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından yarış iştirakçılarını Rusiyanın idman naziri Mixail Deqtyarev salamlayıb. Mərasimdə Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov və “Asiya uşaqları” Beynəlxalq İdman Oyunlarının Təşkilat komitəsinin prezidenti Vladimir Maksimov da iştirak ediblər.
Sonra Rusiyanın 24 ölkəsindən və beş regionundan olan idmançıların, o cümlədən “Asiya uşaqları” Beynəlxalq İdman Oyunlarının hakimlərinin iştirakı ilə parad keçirilib.
Paradın ardından “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarının məşəli alovlandırılıb.
Açılış mərasimi bədii hissə ilə davam edib.
İyulun 7-dək davam edəcək Oyunlarda gənc idmançılar 24 idman növü üzrə 239 medal dəsti uğrunda mübarizə aparacaqlar. Tədbirdə 24 ölkədən, o cümlədən Rusiyadan beş komandanın idmançıları iştirak edirlər. Azərbaycan bu yarışda 16 idman növü üzrə 80 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı