Qusarda jurnalistlər arasında “Zəfər Kuboku” turniri keçiriləcək
10 iyul 2024 1127
İyulun 20-21-də Qusar Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə jurnalistlər arasında voleybol üzrə “Zəfər Kuboku” turniri keçiriləcək.
İdman Araşdırmalar Mərkəzi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə ardıcıl dördüncü dəfə baş tutacaq yarışa 6 komanda qatılacaq.
Bunlar əvvəlki iki turnirin qalibi "Şuşa", son iki yarışın finalçısı "Kəlbəcər, ilk turnirin çempionu "Zəngilan", jurnalist müharibə veteranlarından ibarət "Ağdərə", "Report" İnformasiya Agentliyinin kollektivindən təşkil olunmuş "Füzuli" və debütant "Laçın" kollektivləridir.
Turnirin püşkatma mərasimi iyulun 12-də saat 10:00-da Bakının Dərnəgül qəsəbəsindəki Voleybol Mərkəzində baş tutacaq.
“Zəfər Kuboku” turnirinin təqvimi
20 iyul
11:00. Açılış mərasimi
12:00. A1 - A3
13:00. B1 - B3
15:00. A2 - A3
16:00. B2 - B3
17:00. A1 - A3
18:00. B1 - B3
21 iyul
10:00. Yarımfinal (A1 - B2)
11:00. Yarımfinal (B1 - A2)
13:00. 3-cü yer uğrunda görüş
14:00. Final
15:00. Mükafatlandırma
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı