Quba Avropa Kuboku turnirinin püşkatma mərasimi olub
03 may 2025 342
Mayın 3-4-də Qubada keçiriləcək yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turnirinin püşkatma mərasimi keçirilib.
Tədbirdə Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri iştirak ediblər.
ACF-in baş katibinin müavini, idman direktoru Kamran Talıbov göstərilən etimada görə EJU-ya təşəkkürünü bildirib və bütün idmançılara uğurlar arzulayıb.
EJU-nun idman komissarı Albert Qmayner qurumun prezidenti Laslo Totun adından gənc cüdoçuların karyerasında mühüm rol oynayacağını vurğulayıb və yarışın təşkilindəki səylərinə görə ACF-ə minnətdarlığını ifadə edib. Qurumun hakimlər üzrə komissarı Vladimer Nutsubidze bildirib ki, Quba Avropa Kubokunun görüşləri 15 yerli və beynəlxalq dərəcəli hakim tərəfindən idarə olunacaq.
Qeyd edək ki, beynəlxalq turnirdə 11 ölkədən 354 cüdoçu (213 oğlan, 141 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq. Azərbaycanı bu yarışda 141 idmançı (100 oğlan, 41 qız) təmsil edəcək.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı