Qiyas Əhmədov: "Əldə etdiyim uğura görə məşqçilərimə minnətdarlığımı bildirirəm"
03 may 2024 664
"Dünən keçirilən yarışda partnyorum Vacib Babayevlə birlikdə ikinəfərlik kayak qayığında 500 metr məsafəyə yarışda üçüncü yeri tutduq. Buna baxmayaraq ruhdan düşmədik".
Bu sözləri "Prezident Kuboku-2024" beynəlxalq reqatasının üçüncü günündə 200 metr məsafəyə ikinəfərlik kayak qayığında Vacib Babayevlə birgə gümüş medal qazanan Qiyas Əhmədov deyib.
O, əldə etdiyi uğura görə məşqçilərinə minnətdarlığını bildirib.
"Bu gün keçirilən yarışda ikinəfərlik kayak qayığında 200 metrlik məsafədə ikinci yeri tutduq. Əldə etdiyim uğura görə mənə dəstək olan hər kəsə, xüsusi ilə də məşqçilərimə minnətdarlığımı bildirirəm. Qarşıda bizi Slovakiyada və Qazaxıstanda keçiriləcək beynəlxalq turnirlər gözləyir. Çalışacağıq ki, həmin yarışlardan da ölkəmizə medallarla qayıdım", - deyə Qiyas Əhmədov bildirib.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı