Qış Olimpiya Oyunlarına hazırlaşan biatlonçuda dopinq aşkarlanıb
02 fevral 2026 - 20:09 392
İtaliyalı biatlonçu Rebekka Passlerdə dopinq aşkarlanıb.
Olympic.az saytı “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, Qış Olimpiya Oyunlarından öncə idmançıdan götürülən test nümunəsi müsbət çıxıb.
Onun orqanizmində anabolik steroidlərin yaratdığı yüksək estrogen səviyyəsini azaltmaq üçün istifadə edilən Letrozol preparatı aşkar edilib.
Rebekka Passler Dünya Kubokunda 11-ci yeri tutduqdan sonra İtaliyanın olimpiya yığmasına daxil edilib.
Qeyd edək ki, Qış Olimpiya və Paralimpiya Oyunları bu il 6-22 fevral tarixlərində İtaliyada keçiriləcək.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı