Qış Asiya Oyunlarının məşəl estafetinə start verilib
03 fevral 2025 788
Çinin Harbin şəhərində 9-cu Asiya Qış Oyunlarının məşəl estafeti başlayıb.
Sinxua agentliyinə istinadən, təntənəli mərasim şəhərin tarixi Barokko bölgəsində başlayıb və fiqurlu konkisürmə üzrə keçmiş çempion Şen Xue məşəl estafetinə rəhbərlik edib. İlkin estafet 120 məşəldarın iştirakı ilə 11 kilometr məsafəni əhatə edib.
Əsas məşəlin alovlanma mərasiminin fevralın 7-də Oyunların açılışı zamanı keçirilməsi planlaşdırılır.
9-cu Asiya Qış Oyunları bu gün xokkey yarışları ilə başlayacaq və fevralın 14-dək davam edəcək.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı