Qian Fransesko Lupatelli: “İnanıram ki, Bakı 2026-cı ildə dünyanın idman paytaxtı seçiləcək”
22 aprel 2024 1138
“Bakıda olmaqdan çox xoşbəxtəm. Azərbaycanı, xüsusilə də Gəncə şəhərini yaxşı tanıyıram”.
Bu sözləri Avropanın İdman Paytaxtları Federasiyasının (ACES) prezidenti və yaradıcısı Qian Fransesko Lupatelli “Bakının 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi” mövzusunda təşkil olunan mətbuat konfransında deyib.
O, Bakıya 9 fərqli ölkədən nümayəndə heyəti ilə gəldiklərini bildirib: “Bakı-2026 idman paytaxtına namizədlik üçün gözəl təqdimat nümayiş etdirdi. Buna görə Gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edirəm. Ölkənizin idmanın inkişafında rolu danılmazdır. İnanıram ki, Avropa Parlamenti tərəfindən Bakı 2026-cı ildə dünyanın idman paytaxtı seçiləcək”.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı