Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirinin qalibi bəlli olub
06 mart 2025 643
İctimai-siyasi xadim Qənirə Paşayevanın xatirəsinə həsr olunan qadınlar arasında beynəlxalq şahmat turnirinin qalibi bəlli olub.
Rapid və blits üzrə təşkil edilən yarışda Bolqarıstan təmsilçisi Nurgül Səlimova 25 xalla birinci yeri tutub.
İki yarışın cəmində 22 xal toplayan Xanım Balacayeva ikinci olub. İlk "üçlüy"ü 20 xalla Gövhər Beydullayeva qapayıb.
Qeyd edək ki, turnir Azərbaycan Şahmat Federasiyası və “Məmmədyarovlar” şahmat məktəbinin təşkilatçılığı, “Nəfəs” İctimai Birliyinin baş sponsorluğu ilə keçirilib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı