“Qələbə qaçışı”nın qalibləri müəyyənləşib
03 noyabr 2024 697
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda Zəfər Gününün dördüncü ildönümünə həsr olunan “Qələbə qaçışı” adlı xeyriyyə tədbiri keçirilib.
“Qürurla irəli” devizi altında keçirilən qaçış Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin qarşısından start götürüb. İştirakçılar 10 kilometr məsafəni qət edərək eyni məkanda finişə çatıblar.
Qaçışın nəticələrinə əsasən, nəzərdə tutulan məsafəni kişilərdə ilk qət edən Elmar Abışov olub. Samir Hüseynov ikinci, Musa Mikayılzadə isə üçüncü yeri tutub.
Qadınlarda isə birinci yerə Anna Yusubova çıxıb.
“Qələbə qaçışı”nda gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva iştirak ediblər.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı

