Qəbələdə Türk Dövlətləri Təşkilatı İdman Könüllülərinin l Forumu keçirilib
05 mart 2025 711
Martın 5-də “İdman Paytaxtı” Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatı İdman Könüllülərinin l Forumu keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov çıxış edib, Forumun işinə uğurlar arzulayıb.
Forumda ölkəmizdə idman könüllülərinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra iclas “Türk Dövlətləri Təşkilatında idman könüllülüyü sahəsində mövcud təcrübə” mövzusunda panel müzakirə ilə davam edib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Sədi Cəfərov, layihə direktoru Adilet Yessimxanov da iştirak ediblər.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı


