Qəbələ-Xankəndi ultramarafonunun sonuncu mərhələsinə start verilib
13 aprel 2025 839
Qəbələ-Xankəndi ultramarafonunun dördüncü mərhələsinə start verilib.
Ağdamdan başlayan sonuncu mərhələ Xankəndidə başa çatacaq. Ultramarafon iştirakçıları son mərhələdə 28 kilometr məsafə qət edəcəklər.
Qeyd edək ki, “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən ultramarafona 81 atlet qatılıb. Onların 23-ü qadın, qalanları kişi idmançılardır. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də var.
Ümumilikdə 192 kilometr məsafəni əhatə edən ultramarafonun əvvəlki mərhələləri Qəbələdən Ağdaşa (55 kilometr), Ağdaşdan Bərdəyə (65 kilometr) və Bərdədən Ağdamadək (44 kilometr) olub. Əvvəlki üç mərhələnin qalibləri ayrıca təltif edilib. Ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı