“Qarabağ” ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb
27 avqust 2025 - 22:40 609
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyunu başa çatıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Leandro Andrade ilə Abdullah Zubir fərqləniblər. Rəqibdə isə Lenni Jozef, Barnabaş Varqa (penalti) və Aleks Tot diqqət mərkəzinə düşüblər.
İlk görüşdə 3:1 hesablı üstünlük əldə edən “Qarabağ” tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edib.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı