Qar voleybolu üzrə Azərbaycan çempionatının ilk günündə 8 oyun keçirilib
25 yanvar 2025 780
Qar voleybolu üzrə Azərbaycan çempionatına start verilib.
Ölkəmizdə ilk dəfə keçirilən yarışda 4 qadın (“Azərreyl”, “Murov Az Terminal”, “Gəncə”, U-21) və 4 kişi (“Azərreyl”, “Murov Az Terminal”, “Gənclər”, U-21) komandası çempionluq uğrunda mübarizə aparır. “Şahdağ” Turizm Mərkəzində təşkil olunan yarışın ilk günündə 8 oyun baş tutub.
Sabah çempionatda 3-cü turun qarşılaşmaları, ardınca isə final və üçüncü yer uğrunda oyunlar keçiriləcək. Final qarşılaşmalarından sonra qaliblərin mükafatlandırma mərasimi olacaq.
Ölkə çempionatı dairəvi sistem üzrə keçirilir. Yekun nəticəyə əsasən ilk iki pillənin sahibləri çempionluq, 3-4-cü yerləri tutacaq komandalar isə üçüncülük uğrunda oynayacaq.
Oyunların nəticələri
25 yanvar
Qadınlar
“Azərreyl” - U-21 2:0 (15:7, 15:4)
“Murov Az Terminal” - “Gəncə” 2:0 (16:14, 15:13)
“Azərreyl” - “Murov Az Terminal” 2:0 (15:10, 15:9)
“Gəncə” - U-21 2:1 (13:15, 15:12, 15:7)
Kişilər
“Azərreyl” - “Gənclər” 2:0 (15:3, 15:6)
“Murov Az Terminal” - U-21 2:1 (15:7, 12:15, 15:6)
“Azərreyl” - “Murov Az Terminal” 2:1 (9:15, 15:10, 15:11)
U-21 - “Gənclər” 2:0 (15:6, 15:6)
26 yanvar
Qadınlar
10:00. “Azərreyl” - “Gəncə”
10:45. “Murov Az Terminal” - U-21
Son oyun gününün proqramı
11:30. “Azərreyl” - U-21
12:15. “Murov Az Terminal” - “Gənclər”
14:30. 3-cü yer (qadınlar)
15:15. 3-cü yer (kişilər)
16:00. Final (qadınlar)
16:45. Final (kişilər)
Mükafatlandırma mərasimi
Qeyd edək ki, qar voleybolu üzrə Azərbaycan çempionatı "Misli"nin dəstəyi ilə təşkil olunub. "Misli" Azərbaycan Voleybol Federasiyasının keçirdiyi digər yarışların da dəstəkçisidir.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı