Qadın voleybolçular arasında Yüksək Liqada ilk final oyunu keçirilib
21 aprel 2025 620
Qadın voleybolçular arasında Yüksək Liqada ilk final oyunu keçirilib.
“Azərreyl” və “Abşeron” komandaları üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan görüş “Abşeron”un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında ikinci matç aprelin 24-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən məlum olacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), "qızıl set" oynanılacaq.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı