Qadın güləşçimiz İslam Oyunlarında gümüş medal qazandı
20 noyabr 2025 - 18:27 512
Azərbaycan idmançısı Ruzanna Məmmədova VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Olympic.az xəbər verir ki, 62 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda nigeriyalı Ester Kolavaleyə 4:6 hesabı məğlub olub.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və İSSA-nın İcraiyyə Komitəsinin üzvü və Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri, millət vəkili Könül Nurullayeva final görüşünü oyunların keçirildiyi arenada izləyib.
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarına noyabrın 21-də yekun vurulacaq.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı

