“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib
29 aprel 2026 - 09:24 47
Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən “Prezident Kuboku 2026” beynəlxalq reqatasının Mingəçevir şəhərində rəsmi açılış mərasimi baş tutub.
“Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında keçirilən tədbirdə əvvəlcə reqata barədə ətraflı məlumat verilib. Həmçinin bildirilib ki, aprelin 28-i görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum gününə təsadüf edir. Tədbir çərçivəsində Heydər Əliyev və Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev Cənab Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıblar. Qeyd olunub ki, belə mötəbər yarışların təşkili Azərbaycanın idman ölkəsi kimi nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, yarışların Cənab Prezident İlham Əliyevin tapşırığı əsasında ilk dəfə Sərsəng su anbarında keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Rəsmi hissədən sonra mərasim bədii proqramla davam edib. Proqram çərçivəsində folklor musiqiləri, iştirakçı ölkələrin milli musiqiləri ilə rəqs nümunələri və müxtəlif səhnə kompozisiyaları təqdim olunub.
Tədbirdə həmçinin son illərin populyar “Döngə” musiqi qrupu canlı konsert proqramı ilə çıxış edib. Açılış mərasimi ənənəvi atəşfəşanlıqla yekunlaşıb.
Məlumat üçün bildirək ki, reqata aprelin 29-da Suqovuşanda davam edəcək. 30 aprel - 1 may tarixlərində Mingəçevirdə son yarışlar keçiriləcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Avropa çempionatında uğurlu çıxış edən güləşçiləri qəbul edib
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada ... Ətraflı
Prezident İlham Əliyev beynəlxalq yarışlarda Azərbaycan idmançılarına qarşı ədalətsizlikdən danışıb
Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər ... Ətraflı

