“Prezident Kuboku-2025”in bağlanış mərasimində tamaşaçıları sürprizlər dolu axşam gözləyir
25 aprel 2025 715
Mayın 2-də “Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçiriləcək.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən verilən məlumata görə, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq bağlanış mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim olunacaq.
Mükafatlandırma mərasimi başa çatdıqdan sonra tədbir bədii hissə ilə davam edəcək. Müxtəlif şou proqramlar, tanınmış rəqs qruplarının çıxışı və son illərin populyar müğənnisi Mərdan Kazımovun canlı ifaları tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. “Prezident Kuboku-2025” beynəlxalq reqatasına möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı