"Prezident Kuboku-2025"də ilk yarış gününün qalibləri mükafatlandırılıb
30 aprel 2025 559
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Prezident Kuboku-2025” beynəlxalq reqatasının birinci yarış gününün qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Fərid Mansurov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana, millət vəkili Elman Nəsirov, Türkiyə Kanoe Federasiyasinin prezidenti Alper Kabakçı, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov təqdim edib.
Qeyd edək ki, Azərbaycan idmançıları ilk yarış gününü üç bürünc medalla başa vurublar.
Komandamızın heyətində Amil Ramazanov 2007-2008-ci illər təvəllüdlü birnəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb.
Əlimurad Hacızadə 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında birnəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə bürünc medala sahib çıxıb.
Millimizin digər üzvü Mustafa Vəlizadə isə 2011-2012-ci illər təvəllüdlü idmançıların yarışında birnəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə üçüncü olub.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı




