Xəbərlər

"Prezident Kuboku-2025" beynəlxalq reqatasında ikinci yarış gününə start verilib

01 may 2025 455

Bu ümumilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan “Prezident Kuboku-2025” beynəlxalq reqatasında ikinci yarış gününə start verilib. 

 

Olympic.az xəbər verir ki, Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən reqatanın ikinci günündə idmançılar kayak və kanoe idman növləri üzrə 500 metr məsafəyə yarışlarda mübarizə aparırlar.

 

Kayak üzrə tək (K1) və cüt (K2) qayıqlarda 2007-2008, 2009-2010 və 2011-2012-ci illər təvəllüdlü idmançılar iştirak edirlər. Kanoe üzrə tək (C1) qayıqlarda isə 2008-2009-cu illər təvəllüdlü idmançılar güclərini sınayırlar. 

 

Qeyd edək ki, Azərbaycan idmançıları Suqovuşan su anbarında təşkil olunan beynəlxalq reqatanın ilk günündə 3 bürünc medal qazanıblar. Təmsilçilərimizdən Amil Ramazanov, Əlimurad Hacızadə və Mustafa Vəlizadə fəxri kürsünün üçüncü pilləsində yer alıb.