Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
14 aprel 2026 - 06:47 56
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında tarix yazan Azərbaycan gimnastları Vətənə qayıdıblar.
Heydər Əliyev Beynəlxalq Aeroportunda 2 gümüş qazanan komandanı media nümayəndələri, federasiya rəsmiləri və idmançıların ailə üzvləri qarşılayıblar.
Turnirdə tamblinq üzrə çıxışlar xüsusilə yaddaqalan olub. Komandamız final mərhələsində yüksək nəticə göstərərək gümüş medal qazanıb. Fərdi proqramda isə Tofiq Əliyev 29.300 xalla Avropa çempionatının gümüş medalına layiq görülüb. Bu nəticə onun Avropa çempionatlarında ardıcıl olaraq qazandığı ikinci gümüş medaldır.
Bu Avropa çempionatı Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq həm gənclər, həm də böyüklər yaş kateqoriyalarında batut gimnastikası üzrə komanda hesabında, eləcə də ikili minibatut üzrə gənclər arasında final mərhələlərinə yüksəlməklə yadda qalıb.
Azərbaycan gimnastları Avropa çempionatında ümumilikdə mümkün olan 16 final mərhələsindən 13-nə yüksələrək yarışın ən uğurlu iştirakçıları sırasında yer alıblar.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Güləş üzrə Avropa çempionatına qatılacaq Azərbaycan millilərinin heyəti müəyyənləşib
Aprelin 20-dən 26-dək Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı ... Ətraflı