Pəhləvanımız Budapeştdə fəxri kürsünün ən yüksək pilləsində yer aldı
28 aprel 2025 603
Budapeştdə Macarıstanın tanınmış güləş məşqçisi İmre Baracsinin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ənənəvi yarışda U20 yaş qrupu üzrə millinin bir neçə üzvü iştirak edib. Məşqçi Emin Əhmədovun rəhbərliyi altında Kamran Rəcəbli (72 kq), Cavad Məmmədov (77 kq), Elmin Əliyev (82 kq) və Məzaim Mərdanov (130 kq) Memorialda mübarizə aparıb. U17 Avropa çempionatının bürünc mükafatçısı Elmin Əliyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarış bitdikdən dərhal sonra güləşçilərimiz Macarıstan Tata şəhərinə yollanıb. Belə ki, təmsilçilərimiz aprelin 27-dən mayın 2-dək bu şəhərdə bir neçə komandanın iştirakı ilə keçiriləcək təlim-məşq toplanışına qatılıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı