Parisdə fəaliyyət göstərən Azərbaycanın Olimpiya Evində beynəlxalq taekvondo ailəsi ilə görüş olub
06 avqust 2024 711
Parisdə fəaliyyət göstərən Azərbaycanın Olimpiya Evində avqustun 5-də beynəlxalq taekvondo ailəsi ilə görüş olub. Tədbirdə Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunq Von Çou və müxtəlif ölkələrin taekvondo federasiyalarının rəhbərləri iştirak ediblər.
Qonaqlar burada gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevlə görüşüblər.
Görüş zamanı Ümumdünya taekvondo federasiyasının prezidenti Çunq Von Çou Azərbaycanda bu idman növünün böyük inkişafa nail olmasından danışıb: “Azərbaycanda taekvondonun inkişafından çox razıyam. Sizin ölkə bizim idman növünə çox böyük diqqət və qayğı göstərir. Azərbaycan taekvondo üzrə bir çox mötəbər yarışlara ev sahibliyi edib. Sizin məktəbin yetirmələri bir çox nüfuzlu, dünya səviyyəli yarışların qalibi və mükafatçısı olub. O cümlədən Olimpiya Oyunlarının qalibi və medalçısı da olmağı bacarıb. Paris-2024 Olimpiya Oyunlarında taekvondo yarışlarından maraqlı və gərgin mübarizə gözləyirəm”.
Görüşdə Azərbaycan Respublikasının Fransadakı Fövqəladə və Səlahiyyətli Səfiri Leyla Abdullayeva, Azərbaycan nümayəndə heyətinin şef de missionu Elnur Məmmədov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Hikmət Səmədov, Niyaməddin Paşayev və digər şəxslər də iştirak ediblər.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı

