Paris Olimpiadasında yer tutan Azərbaycan idmançılarının yararsız hala düşən medalları mərhələli şəkildə dəyişdiriləcək
03 iyun 2025 661
“Paris-2024” Yay Olimpiya Oyunlarında yer tutan Azərbaycan idmançılarının yararsız hala düşən medalları mərhələli şəkildə dəyişdiriləcək.
Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev yararsız hala düşən medallarla bağlı AZƏRTAC-a məlumat verib.
Onun sözlərinə görə, artıq prosesə start verilib: "Bu məsələ ilə bağlı tez-tez Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə əlaqə saxlayırıq. Bizə bildirdilər ki, artıq proses başlayıb. İlk növbədə fransalı idmançıların medalları dəyişdiriləcək. Proses mərhələli şəkildə aparılacaq. Hələlik dəqiq tarix barədə məlumat verilməyib".
Qeyd edək ki, "Paris-2024"də mükafat qazanan yeddi idmançımızdan beşinin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kiloqram) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kiloqram) başqa, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kiloqram) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kiloqram), boksçu Alfonso Dominqesin (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kiloqram) bürünc medalları keyfiyyətini itirib.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
