Paris Olimpiadasına lisenziya qazanmış Azərbaycan boksçuları Vətənə qayıdıblar
04 iyun 2024 1237
Tailandın paytaxtı Banqkokda keçirilmiş II Dünya Olimpiya Təsnifat Turnirində uğurlu çıxış edərək “Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan boksçuları Vətənə qayıdıblar.
Malik Həsənov (63,5 kiloqram) və Alfonso Dominqesi (92 kiloqram) Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Boks Federasiyasının nümayəndələri, azarkeşlər, media mənsubları və idmançıların yaxınları qarşılayıblar.
Buna qədər Nicat Hüseynov (51 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) “Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Beləliklə Azərbaycan yığması Olimpiadada 5 boksçu ilə təmsil olunacaq. Milli komandamız yalnız iki çəki (57 və 71 kiloqram) dərəcəsində Olimpiya Oyunlarından kənar qalıb. Azərbaycan yığması lisenziya sayında Özbəkistan, Qazaxıstan və Avstraliyadan geri qalıb.
Dünya dördüncülüyünə şərik olan millimiz Kuba ilə eyni göstəriciyə malikdir.
Olimpiadaların nəhəngi sayılan ABŞ isə cəmi 4 lisenziya ilə Azərbaycandan geridədir.
Qeyd edək ki, Olimpiadada boks yarışları iyulun 27-dən avqustun 10-dək davam edəcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı