Paris-2024: Üzgüçümüz yarımfinala vəsiqə qazana bilmədi
03 avqust 2024 1222
Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. İdmançımız qadınlar arasında 50 m məsafəyə sərbəst üsulla üzmə yarışlarında çıxış edib. Beşinci zolaqda mübarizə aparan təmsilçimiz təsnifat mərhələsində 26.76 saniyə nəticə göstərərək üçüncü olub.
Təəssüf ki, bu nəticə idmançımızın yarımfinala vəsiqə qazanmasına kifayət etməyib. O, 79 iştirakçı arasında 35-ci nəticə göstərərərk mübarizəni dayandırıb.
Qeyd edək ki, ilk “16-lığ”a düşən idmançılar yarımfinala vəsiqə əldə ediblər.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı