Paris-2024: Sərbəst güləşçimiz finalın bir addımlığında büdrədi
10 avqust 2024 968
Sərbəst güləş üzrə yığma komandamızın üzvü Maqomedxan Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
97 kq çəki dərəcəsində yer alan güləşçimiz finala gedən yolda gürcüstanlı Givi Matçaraşvili ilə qarşılaşıb. Görüş rəqib idmançının 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, görüşü məğlubiyyətlə başa vuran sərbəst güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Maqomedxan Maqomedxanov 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Peresə, 1/4 finalda isə polşalı Mateuş Baranovskiyə qalib gəlib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı