Paris-2024: Rafiq Hüseynov və Həsrət Cəfərovun rəqibləri bəlli olub
06 avqust 2024 979
Paris-2024 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi yarışlarında növbəti günün püşkatması keçirilib.
Azərbaycanın daha iki pəhləvanının rəqibi bəlli olub.
Həsrət Cəfərov (67 kq) Misiri təmsil edən Mohamed Elsayedlə qarşılaşacaq. Rafiq Hüseynov (87 kq) isə macarıstanlı David Loşontsi ilə üz-üzə gələcək. Hər iki idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.
7 avqust
Yunan-Roma güləşi
67 kq
Həsrət Cəfərov - Mohamed Elsayed (Misir)
87 kq
Rafiq Hüseynov – David Loşontsi (Macarıstan)
Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız Paris-2024-ə beş idmançı ilə yollanıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
