Paris-2024-də qızıl medal qazanan idmançı karyerasını bitirməsi ilə bağlı yayılan xəbəri təkzib edib
21 avqust 2025 - 19:18 590
Paris-2024 Yay Olimpiya Oyunlarında qadınlar arasında keçirilən boks yarışının qalibi olan əlcəzairli İman Xelif karyerasını başa vurması ilə bağlı xəbəri təkzib edib.
Bu barədə Olimpiya çempionu "AFP" agentliyinə danışıb.
"Karyeramı bitirməyimlə bağlı olan xəbərə aydınlıq gətirmək istəyirəm. Bu, yalan məlumatdır. İnformasiyanı yayan şəxs məni təmsil etmir. Boksdan getməmişəm, idmançı karyerama sadiqəm", - deyə o bildirib.
Qeyd edək ki, ötən gün İman Xelifin meneceri Nasser Yesfakh idmançının karyerasını bitirməsi ilə bağlı açıqlama vermişdi.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı