“Paris-2024”: Bu gün Azərbaycanın iki idmançısı mübarizəyə qoşulur
05 avqust 2024 1463
Bu gün Azərbaycanın daha iki idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.
Mübarizəyə ilk olaraq yunan-Roma güləşçiləri başlayacaqlar.
Yarışların ilk gününün püşkatmasına əsasən Azərbaycan komandası Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (130) ilə təmsil olunacaq.
Mübarizəyə 1/8 finaldan başlayacaq Murad ilk görüşdə ekvadorlu Raiber Joze Rodriges Orosko, Sabah Şəriəti isə estoniyalı Helki Nabi ilə qarşılaşacaq.
Olimpiadanın ilk günündə yunan-Roma güləşində 60 kq və 120 kq, qadın güləşində isə 68 kq çəki dərəcələrində yarışlar keçiriləcək.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu A.Dominqes isə finala vəsiqə qazanmaqla ən azı gümüş medalı təmin edib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı