Paris-2024: Braziliya millisinin üzgüçüsü komandadan qovulub
29 iyul 2024 757
Braziliyanın üzgüçülük millisinin üzvü Ana Karolina Vieyra komandadan qovulub.
Braziliya Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən, buna idmançının Parisdəki Olimpiya kəndini icazəsiz tərk etməsi səbəb olub.
Vieyra iyulun 26-da komanda yoldaşı Qabriel Santosla birlikdə düşərgəni icazəsiz tərk edib. Hər iki idmançıya xəbərdarlıq edilib. Lakin A.K.Vieyra komissiyanın qərarına aqressiv şəkildə etiraz etdiyi üçün millinin düşərgəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, Braziliya millisi 4x100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarının təsnifat mərhələsində 12-ci yeri tutub.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı