“Paris-2024”: Azərbaycan cüdoçularının görüşlərinin təqvimi müəyyənləşib
18 iyul 2024 14159
“Paris-2024” Yay Olimpiya Oyunlarında cüdo yarışlarının rəsmi proqramı məlum olub.
İyulun 25-də püşkatma mərasimi keçiriləcək.
Azərbaycan cüdoçuları mübarizəyə iyulun 27-də qoşulacaqlar. İlk yarış günündə qadınlarda 48, kişilərdə isə 60 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Azərbaycan cüdoçularının görüşlərinin təqvimi
27 iyul
Balabəy Ağayev (60 kiloqram)
Leyla Əliyeva (48 kiloqram)
28 iyul
Yaşar Nəcəfov (66 kiloqram)
Gültac Məmmədəliyeva (52 kiloqram)
29 iyul
Hidayət Heydərov (73 kiloqram)
30 iyul
Zelim Tçkayev (81 kiloqram)
31 iyul
Elcan Hacıyev (90 kiloqram)
1 avqust
Zelim Kotsoyev (100 kiloqram)
2 avqust
Uşangi Kokauri (+100 kiloqram)
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı