Orxan Səfərov: "Çalışacağam ki, bu etimadı layiqincə doğruldum"
05 mart 2024 828
"Sevindirici haldır ki, bu gün ölkənin bütün idman ictimaiyyəti Qubada bir araya toplaşıb”.
Bu sözləri Gənclər və İdman Nazirliyi tərəfindən “İdman səfiri” seçilən cüdo üzrə Avropa çempionu, dünya çempionatlarının gümüş və bürünc mükafatçısı, I Avropa Oyunlarının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi Orxan Səfərov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Qubada keçirilən idman paradında jurnalistlərə müsahibəsində deyib.
O, “İdman səfiri” seçildiyinə görə Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirərək, bu məsuliyyəti yaxşı dərk etdiyini qeyd edib.
““İdman səfiri” kimi, göstərilən bu etimad mənim üçün ikiqat məsuliyyətdir. Çalışacağam ki, bu etimadı layiqincə doğruldum. Səfir olaraq idmanın təbliğinə bacardığım qədər töhfələr vermək istəyirəm”,-deyə Orxan Səfərov bildirib.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı