Ölkəmizdə xizək alpinizmi üzrə Dünya Kuboku həyəcanı başladı
10 yanvar 2025 793
Bu gün “Şahdağ” Turizm Kompleksində xizək alpinizmi üzrə Dünya Kubokuna start verilib.
Gənclər və İdman Nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışda 26 ölkədən 130-a yaxın idmançı mübarizə aparır. İdman tədbirində Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının baş katibi Jordi Canals, “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov, Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Zengstşmid və baş katibi Günel Bədəlova iştirak edirlər.
Yanvarın 13-dək davam edəcək beynəlxalq turnirdə ölkəmiz Nəzrin Qəribova və Seyid Sədrəddinova ilə təmsil olunur. Beynəlxalq turnirin ilk günündə idmançılar sprint növündə mübarizə aparırlar. Atletlər yanvarın 11-də vertikal, 13-də isə individual növlərdə çıxış edəcəklər.
Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə təşkil olunacaq Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün təsnifat yarışlarından biri hesab edilir.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı