Ölkə birinciliyində ilk yarış gününün qalibləri müəyyənləşdi
10 yanvar 2025 616
Yanvarın 9-da cüdo üzrə qızlar və oğlanlar arasında U-18 yeniyetmələrin ölkə birinciliyinə start verilib.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışın ilk günündə 5 çəki dərəcəsində 191 cüdoçu medallar uğrunda mübarizə aparıb. Yarışın ilk günündə oğlanlar arasında -60 kq və -81 kq çəki dərəcələrində, qızlar arasında isə -40 kq, -48 kq və -63 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. oğlanlar arasında Zeyd Ələsgərov (-60 kq, "Judo Club 2012") və Amin Mehdiyev (-81 kq, Bakı şəhəri 13 nömrəli İOEUGİM) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qızların mübarizəsində isə Mədinə Hüseynova (-40 kq, "Saray" İK), Leyla Ələkbərova (-48 kq, "Çempion 74"), Fidan Cəlilli (-63 kq, Respublika Kompleks İdman Məktəbi) qızıl medala layiq görülüb.
Yanvarın 10-11 birincilikdə fərdi, turnirin son günündə isə qızlar və oğlanlar arasında komanda yarışları keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı