Olimpiya Oyunlarında sürpriz “iştirakçı” - it xizəksürmə yarışında
12 fevral 2026 - 10:02 15767
Milan-Kortina-2026 Qış Olimpiya Oyunları təkcə idman mübarizəsi ilə deyil, həm də qeyri-adi anlarla diqqət mərkəzinə düşür.
Xizəksürmə üzrə yarışların birində gözlənilməz hadisə baş verib. Belə ki, yarışın davam etdiyi anda yarış medydançasına it daxil olaraq sürətlə hərəkət etməyə başlayıb.
Yarış zamanı yaşanan bu maraqlı məqam televiziya yayımını həyata keçirən rejissorların da diqqətindən yayınmayıb. Hadisə dərhal kameralar vasitəsilə qeydə alınıb və canlı yayımda tamaşaçılara təqdim olunub.
Qısa müddət davam edən bu epizod Olimpiya Oyunlarının maraqlı anları sırasında yer alıb.
Bənzər xəbərlər
BOK Rusiya idmançılarına qarşı məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) bundan əvvəl Rusiya idmançıları və komandalarına ... Ətraflı
Azərbaycan güləşçiləri Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start verib
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam ... Ətraflı