Olimpiya mükafatçımızın daha bir cüdo zalı fəaliyyətə başlayıb
05 mart 2025 588
Cüdo üzrə Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucovun rəhbərlik etdiyi “Orujov Academy”nin ikinci cüdo zalı fəaliyyətə başlayıb.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimində Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, digər rəsmi şəxslər və tanınmış idmançılar iştirak edib.
Cüdo zalı Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir standartlara cavab verən tatamilərlə təchiz edilib. Zalın fiziki hazırlıq zonasında isə uşaqların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları yer alıb. Bundan başqa, valideynlər üçün gözləmə zonası, məşqçi və paltardəyişmə otaqları da mövcuddur.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı









