Olimpiya mükafatçımız 2024-cü ili reytinqdə ikinci pillədə başa vurdu
07 dekabr 2024 872
Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında gümüş medal əldə edən Azərbaycan taekvondoçusu Qaşim Maqomedov dünya reytinqində 2024-cü ili ikinci pillədə başa vurub.
Bu, Dünya Taekvondosunun (World Taekwondo) rəsmi saytında dekabr ayı üçün açıqladığı reytinqdə əksini tapıb.
58 kq çəki dərəcəsində yer alan idmançının mövqeyində dəyişiklik olmayıb. O, 120 xalla ikinci sırada yer alıb.
Qaşim Maqomedovun Paris-2024-ün finalında məğlub olduğu Cənubi Koreya təmsilçisi Park Taejoon (200 xal) ilk sıradadır.
Qeyd edək ki, Qaşim Maqomedov qızıl medal uğrunda görüşdə zədələndiyi üçün gümüş medala sahib çıxmışdı.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı