Olimpiya çempionunun adı Şöhrət Zalına daxil olub
10 yanvar 2025 681
Sərbəst güləş üzrə amerikalı Olimpiya çempionu Kurt Enclın adı Beynəlxalq Peşəkar Güləş Şöhrət Zalına daxil olub.“Nyu-Yorkun Albany şəhərində keçirilən tədbirdə bu şərəfə nail oldum.Bu, böyük bir şərəfdir. Əməyi keçən hər kəsə təşəkkür edirəm",- deyə o, sosial şəbəkə hesabında yazıb.
Məlumat üçün bildirək ki, Kurt Encl Atlanta-1996 Yay Olimpiya Oyunlarının qızıl mükafatçısıdır.
1995-ci ildə dünya çempionu olan güləşçi 2013-cü ildən TNA Şöhrət Zalının, 2017-ci ildən isə WWE Şöhrət Zalının üzvüdür.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı