Olimpiya çempionlarımız Avropa Cüdo Birliyi tərəfindən mükafatlandırılıb
08 aprel 2025 303
Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə Macarıstanın Tata şəhərində Olimpiya Təlim Düşərgəsi start götürüb.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimində çıxış edən edən EJU-nun prezidenti Laslo Tot təlim-məşq toplanışının təkcə Avropa çempionatına deyil, həm də iyun ayında Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlıq baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qurum rəhbəri həmçinin yeni Olimpiya dövrünün və Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına aparan yolun başladığını rəsmi olaraq diqqətə çatdırıb.
Daha sonra Paris Olimpiadasının qalib və mükafatçılarına xatirə lövhələri hədiyyə edilib.
Təltif olunanlar arasında Azərbaycanın Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev də olub. Mərasimdə həmçinin Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli də mükafatlandırılıb.
Qeyd edək ki, Olimpiya Təlim Düşərgəsi aprelin 12-dək davam edəcək. Hazırlıq prosesinə böyüklərdən ibarət yığma komandamızın 15 üzvü iştirak edir.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı

