Nigeriya boksçunun dopinq testi müsbət nəticə verib
28 iyul 2024 796
Nigeriyanın qadınlardan ibarət boks yığmasının üzvü Sintiya Oqunsemilorenin dopinq testi müsbət nəticə verib. Xəbər Beynəlxalq Test Agentliyinin (ITA) saytında yer alıb. Bildirilir ki, müsbət nəticə barədə Parisdə Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən akkreditə olunmuş laboratoriya məlumat verib. İyulun 25-də idmançı dopinq-testində furosemidin izləri aşkarlanıb.
Məlumat üçün bildirək ki, qadın boksçu B nümunəsinin təhlilini tələb etmək, həmçinin İdman Arbitraj Məhkəməsində bu qərara etiraz etmək hüququna malikdir.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı