Neftçalada aerobika gimnastikası üzrə VIII ölkə çempionatına start verilib
21 iyun 2024 1009
Neftçala şəhərində aerobika gimnastikası üzrə 8-ci ölkə çempionatına start verilib.
Yarışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Neftçala Olimpiya İdman Kompleksində keçirilən yarışda “Ocaq Sport” Klubu, “Grasiya” İK və Sumqayıt OİK-dən 31 idmançı hazırlıq və bacarıqlarını sınayacaqlar.
İdmançılar ölkə çempionatında yeniyetmələr (2010-2012-ci il), gənclər (2007-2009-cu il) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyalarında mübarizə aparacaqlar. Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.
Qeyd edək ki, ölkə çempionatının keçirilməsində məqsəd gələcək ulduzların yetişməsinə və yeni istedadların üzə çıxmasına imkan yaratmaqdır. Azərbaycan Gimnastika Federasiyası bu cür yarışlarla idmançıların peşəkarlığının artırılmasına və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcək idmançıların yetişdirilməsinə dəstək olur.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı