Neftçalada aerobika gimnastikası üzrə ölkə çempionatı başa çatıb, qaliblər mükafatlandırılıblar
21 iyun 2024 1242
Neftçalada aerobika gimnastikası üzrə ölkə çempionatına yekun vurulub.
Neftçala Olimpiya İdman Kompleksində keçirilən yarışda “Ocaq Sport” Klubu, “Grasiya” İK və Sumqayıt OİK-dən 31 idmançı medallar uğrunda mübarizə aparıb.
Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış ediblər.
Çempionatın sonunda yeniyetmələr (2010-2012), gənclər (2007-2009) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyalarında qalib gələn idmançılara medal, diplom və hədiyyələr təqdim edilib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı