Murad Əhmədiyev İslam Oyunlarında gümüş medal qazanıb
19 noyabr 2025 - 18:30 605
Azərbaycan komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb.
Olympic.az xəbər verir ki, yunan-Roma güləşi yarışlarında çıxış edən Murad Əhmədiyev (97 kq) gümüş medala sahib çıxıb. Güləşçimiz finalda İran təmsilçisi Mohammadhadi Saraviyə 1:5 hesabı ilə məğlub olaraq fəxri kürsünün ikinci pilləsində yer alıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov güləş yarışlarını oyunların keçirildiyi arenada izləyib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı


