Monteneqroda keçirilən AOK-un 44-cü seminarı öz işini başa vurub
28 sentyabr 2024 1153
Sentyabrın 27-28-də Monteneqronun Budva şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 44-cü seminarı keçirilib.
Seminarda Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil ediblər.
AOK-un prezidenti Spiros Kapralosun, Monteneqro MOK-nun prezidenti Dusan Simonovicin də iştirak etdiyi seminarın ilk günündə BOK-un Təşkilat Komitəsi tərəfindən Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının hesabatları dinlənilib. Ardınca avropalı atletlərin idmandakı nəticələri, “idmanda süni intellektin faydaları”, “İdmanda davamlılıq”, “Gender bərabərliyi” və gələcək inkişaf planları çərçivəsində fikir mübadiləsi aparılıb.
Seminarın ikinci günündə də “idmanda süni intellektin faydaları”, “İdmanda davamlılıq”, “Gender bərabərliyi” ətrafında geniş müzakirələr davam edib. Sonra 2025-ci ildə Gürcüstanın Bakuriani şəhərində keçiriləcək XVII Avropa Gənclərinin Qış Olimpiya Festivalı və Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində keçiriləcək XVIII Avropa Gənclərinin Yay Olimpiya Festivalı həmçinin Avropa Olimpiya Komitəsinin (AOK) 45-ci seminarı və digər məsələlər də müzakirə olunub.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı



