MOK-un vitse-prezidenti media üçün brifinq keçirib
05 mart 2026 - 19:09 215
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin iştirakı ilə media nümayəndələri üçün brifinq təşkil olunub.
Görüşün əsas məqsədi Azərbaycanın idman sahəsindəki fəaliyyəti, beynəlxalq yarışlara hazırlıq prosesi və qarşıda duran strateji hədəflər barədə ictimaiyyəti məlumatlandırmaq olub.
Brifinq zamanı Çingiz Hüseynzadə ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandığı uğurlardan bəhs edib.
Vitse-prezident qeyd edib ki, MOK-un fəaliyyəti həm peşəkar idmanın inkişafına, həm də ölkəmizdə Olimpiya hərəkatının daha geniş təbliğinə yönəlib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərin çoxsaylı suallarını ətraflı cavablandırıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
