MOK-un əməkdaşı Milli Olimpiya Komitələri Assosiasiyasının 1-ci Rəqəmsal Kommunikasiya seminarında iştirak edib
29 may 2024 662
28-29 may tarixlərində Çexiyanın paytaxtı Praqada 1-ci Milli Olimpiya Komitələri Assosiasiyasının seminarı keçirilib.
Milli Olimpiya Komitələri Assosiasiyasının baş katibi Gunilla Lindberg, Çexiya Olimpiya Komitəsinin prezidenti, BOK-un üzvü Jiri Kejval və 51 ölkədən 70-ə yaxın Marketinq və Kommunikasiya direktorlarının iştirak etdiyi seminarda ölkəmizi Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva təmsil edib.
Seminar iştirakçıları Paris-2024 Yay Olimpiya Oyunları öncəsi müxtəlif məsələlər ətrafında müzakirələr aparıblar.
Milli Olimpiya Komitələri Assosiasiyasının 1-ci Rəqəmsal Kommunikasiya seminarında Milli Olimpiya Komitəsinin Marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva çıxış edib. O, çıxışında Paris-2024 Yay Olimpiya Oyunları üçün Marketinq və Kommunikasiya strategiyasının yaradılması, əsas performans indekatorlarının təyin olunması istiqaməti üzrə fikirlərini bildirib.
Seminarda Azərbaycan Milli Olimpiya Komitəsi ilə yanaşı Brazilya, Portuqalya, İtaliya, Çexiya və Yeni Zellandiya Olimpiya Komitələrindən olan marketinq və kommunikasiya ekspertləri də digər mövzular ətrafında çıxış edərək Paris-2024 Yay Olimpiya Oyunları barədə öz fikirlərini bölüşüblər.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı







