MOK-un Ədalətli Oyunlar Komissiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçiriləcək
18 may 2026 - 11:55 33
19 may dünyada “Dünya Ədalətli Oyun Günü” kimi qeyd olunur. BMT Baş Assambleyasının 1 iyul 2024-cü il tarixli qətnaməsinə əsasən bu tarix rəsmən elan edilib və idmanda ədalətli oyun prinsiplərinin qlobal səviyyədə təşviqinə həsr olunur.
Qeyd edək ki, bu il Dünya Ədalətli Oyun Günü ilə bağlı əsas beynəlxalq mərasim Beynəlxalq Ədalətli Oyunlar Komitəsi və Avropa Ədalətli Oyunlar Hərəkatının birgə təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək.
Bu əlamətdar gün çərçivəsində mayın 19-u saat 11.00-da Milli Olimpiya Komitəsində (MOK) MOK-un Ədalətli Oyunlar Komissiyasının 2025-ci ilin yekunlarına əsasən elan etdiyi nominasiya qaliblərinin mükafatlandırma mərasimi də təşkil olunacaq.
Komissiya tərəfindən “ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”, “ ədalətli oyun prinsiplərinə sadiq hakim”, “ ədalətli oyun prinsiplərinə sadiq məşqçi”, “ ədalətli oyun prinsiplərinə sadiq idmançı” və “ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı” nominasiyaları üzrə, eləcə də “25 illik yubileyi və Ədalətli Oyunlar Hərəkatının təbliğindəki fəaliyyətinə görə” “Olimpiya dünyası” qəzetinə xüsusi mükafat təqdim olunacaq.
Qaliblər Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası üzvlərinin rəyi, eləcə də MOK və idman federasiyalarının nümayəndələri arasında keçirilən sorğunun nəticələri əsasında müəyyən edilib.
Tədbirin məqsədi mükafatlandırma ilə yanaşı, Ədalətli Oyun Gününün mahiyyətini vurğulamaq, idmanda etik davranış, qarşılıqlı hörmət və dürüstlük kimi dəyərlərin təbliğini gücləndirməkdir.
Mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsinin rəsmiləri, tanınmış idmançılar və idman ictimaiyyətinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları Rusiyadakı turnirdə 2 medal qazanıblar
Rusiyanın Xabarovsk şəhərində cüdo üzrə yeniyetmələr arasında Vasili Oşepkovun xatirəsinə ... Ətraflı
Azərbaycanın güləş millisi U17 Avropa çempionatının ikincisi olub
Bolqarıstanın Samokov şəhərində keçirilən U17 Avropa çempionatına yekun vurulub.
Sərbəst güləş ... Ətraflı