MOK-da fiziki tərbiyə müəllimləri üçün təlim keçirilib
28 avqust 2025 - 15:33 658
Avqustun 28-də Milli Olimpiya Komitəsinin inzibati binasında Olimpiya Dəyərlərinin Tədrisi Proqramı (OVEP) layihəsi çərçivəsində fiziki tərbiyə müəllimləri üçün təlim keçirilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, proqramın əsas məqsədi olimpizmin əsas dəyərləri - “hörmət”, “dostluq” və “mükəmməllik” haqqında məlumatların verilməsi və bu dəyərlərin gündəlik həyata inteqrasiya edilməsidir.
Tədbirdə çıxış edən MOK-un əməkdaşı Nərmin Kərimova Olimpiya dəyərlərinin tədrisi üzrə seçilmiş təlimçilərə OVEP layihəsinin metadologiyası və əsas komponentləri ilə bağlı geniş məlumat verib. O qeyd edib ki, sentyabr, oktyabr aylarında Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə Bakı şəhərində 11 rayon üzrə təlimlərə start veriləcək.
Çıxışdan sonra OVEP layihəsi çərçivəsində fiziki tərbiyə müəllimləri ilə qrup şəklində interaktiv oyunlar və müzakirələr aparılıb.
Qeyd edək ki, Olimpiya Dəyərlərinin Tədrisi Proqramı (OVEP) Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən 2005-ci ildə yaradılıb.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı









