Minifutbol üzrə Azərbaycan çempionatında mükafatlandırma mərasimi keçirilib
12 mart 2025 684
Minifutbol üzrə Azərbaycan çempionatında mükafatlandırma mərasimi keçirilib.
Bakı Tennis Akademiyasında təşkil olunan tədbirdə ilk üç pillədə qərarlaşan komandalar mükafatlandırılıblar.
Medalları gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, qurumun baş katibi Cahangir Fərəcullayev, Azərbaycan Minifutbol Federasiyanın prezidenti Orxan Məmmədov, “Zirə” futbol komandasının baş məşqçisi Rəşad Sadıqov və digər rəsmi şəxslər təqdim ediblər.
Xatırladaq ki, “Birbaşa Bakı” komandası finalda “Zirə”yə 2:0 hesabı ilə qalib gələrək Azərbaycan çempionu olub. “Qartallar” gümüş, “Aznur” kollektivi isə bürünc medallara sahibi çıxıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı